ELM VƏ TƏHSİL
Təmayüllər üzrə təhsilə 47 mindən çox şagird cəlb edilib
Bakı, 14 iyun, AZƏRTAC
Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişləndirilib. 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2018-2019-cu tədris ilinin yekunu ilə bağlı hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, 2018-2019-cu tədris ilində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarından 1 qızıl, 10 gümüş və 12 bürünc olmaqla ümumilikdə 23 medal qazanıblar. Məktəblilərimiz daha 7 beynəlxalq olimpiadalarda iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]