İDMAN


Tennisçimiz Tamerlan Əzizov beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb

Tennisçimiz Tamerlan Əzizov beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Bakı Tennis Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan 18 yaşadək idmançılar arasında beynəlxalq reytinqli tennis turnirində ikinci mərhələ başa çatıb.

AZƏRTAC xəbər verir ki, ilk mərhələdə iranlı Sam Pazokiyə qalib gələn təmsilçimiz Tamerlan Əzizov ikinci görüşdə də qələbə qazanıb. İdmançımız rusiyalı İvan Vladimirovla mübarizədə hər iki setdə qalib gəlib - 6:3 və 7:6. Tennisçimizin dörddəbir finalda rəqibi Rusiya idmançısı Amir Asilqocayev olacaq.

Dekabrın 11-də başa çatacaq turnirdə 18 ölkədən idmançılar iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.