ELM VƏ TƏHSİL


Təqaüd proqramı çərçivəsində daha bir amerikalı mütəxəssis ADPU-da fəaliyyətə başlayıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ABŞ-ın Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində ADPU-da fəaliyyətə başlayan Riçard Şlayt ilə görüşüb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor ADPU-nun dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə daha keyfiyyətli nəticələr əldə olunması istiqamətində görülən mühüm işlərdən bəhs edib. Bununla yanaşı, rektor Cəfər Cəfərov ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə, həmçinin “Fulbrayt” proqramı əsasında ADPU-da mütəxəssislərin fəaliyyəti barədə məlumat verib.

Riçard Şlayt fəaliyyəti müddətində universitetin professor-müəllim və tələbə heyəti ilə sıx əməkdaşlıq çərçivəsində mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.