CƏMİYYƏT


Tərəvəz ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır

Bakı, 4 may, AZƏRTAC

Edit Kouen Universiteti (ECU) tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə bir fincan nitratla zəngin tərəvəz yeməklə ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Araşdırma üçün Danimarkada yaşayan 50 mindən çox insanın məlumatlarından istifadə edilib. Onlar üzərində 20 ildən çox müddət ərzində müşahidələr aparılıb. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, alimlər nitratla zəngin tərəvəz yeyən insanlarda sistolik qan təzyiqinin təxminən 2,5 mm civə sütununa düşdüyünü aşkar ediblər.

Aparıcı müəllif, ECU Qidalanma Tədqiqat İnstitutundan doktor Ketrin Bondonno, pəhrizin ürək xəstəliklərinin qarşısının alınması üçün müəyyən edən amil olduğunu qeyd edib. "Bizim nəticələrimiz göstərib ki, gündə sadəcə bir fincan nitratla zəngin çiy tərəvəz yeyərək, insanlar ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə Ketrin Bondonno vurğulayıb. "Ən böyük risk azalması periferik arteriya xəstəliyi ilə əlaqədar idi (26 faiz)".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.