REGİONLAR


Tərtər pambıqçıları indiyədək tarlalardan 10 min tondan çox məhsul toplayıblar

Tərtər, 6 dekabr, AZƏRTAC

Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 10 min 466,19 ton “ağ qızıl” toplanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonu ərazisində 3440 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.

Tərtərli fermerlər yetişdirdikləri məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Hər gün tarlalardan 60 tondan artıq pambıq tədarük olunur.

Qeyd edək ki, 2020-ci ildə Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal edilib. Hər hektardan məhsuldarlıq 38,84 sentner təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.