CƏMİYYƏT


Tərtər rayonunda qanunsuz ov edən şəxs yaxalanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qaradağlı kənd sakini Zabil Abdullayev ov etmək istəyərkən saxlanılaraq polis şöbəsinə gətirilib.

Həmin şəxsdən bir ədəd “İJ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.