REGİONLAR


Tərtərdə 2596 hektarda yazlıq səpin həyata keçirilib

Tərtər, 10 aprel, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qısa müddətdə 2595,9 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 6 hektarı yazlıq buğda, 338,3 hektarı şəkər çuğunduru, 854 hektarı təzə yonca, 811,5 hektarı dən üçün günəbaxan, 278 hektarı kartof, 261,5 hektarı tərəvəz, 42 hektarı noxud, 1 hektarı dən üçün lobya, 3,6 hektarı isə yem üçün sorqodur.

Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.

Pambıq səpini üçün hazırlıq işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.