REGİONLAR


Tərtərdə 9471 hektar sahədə yazlıq səpin aparılıb

Tərtər, 19 iyun, AZƏRTAC

Tərtər rayonunda yaz-tarla işləri davam edir. Yazlıq bitkilərin səpinini başa çatdıran fermer və torpaq mülkiyyətçiləri torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iyunun 1-dək 9471,7 hektar sahədə yazlıq səpin aparılıb. Əkinlərin 3440 hektarı pambıq, 113,5 hektarı şəkər çuğunduru, 2331,5 hektarı dən üçün günəbaxan, 189,5 hektarı dən üçün qarğıdalı, 413 hektarı kartof, 1211 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 2 hektarı noxud, 2 hektarı soya, 24 hektarı aş lobyası, 1686,5 hektarı təzə yonca, 58,7 hektarı yem üçün sorqo bitkisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.