REGİONLAR


Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Tərtər, 9 oktyabr, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Tərtər rayon sakinləri Abbaslı Elnur Yaşar oğlunun və Ağayev İntiqam Hüseyn oğlunun il mərasimləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, sakinlər, din xadimləri şəhidlərin məzarlarını ziyarət edərək, önünə gül-çiçək düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.

Mərasimlərdə şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.