REGİONLAR


Tərtərdə oğurluq edən şəxs saxlanılıb

Tərtər, 19 fevral, AZƏRTAC

Tərtər şəhər sakini Ə.Qasımlı ötən ilin dekabr ayında evindən məişət əşyalarının oğurlanması barədə Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər şəhər sakini Ramiz Malıyev saxlanılıb. Araşdırmalarla onun evdən 1 ədəd televizor və 1 ədəd qol saatı oğurlamaqla zərərçəkmişə 700 manata yaxın ziyan vurduğu müəyyən olunub.

Dindirilmə zamanı R.Malıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.