REGİONLAR


Tərtərin Xoruzlu kəndində inşa edilən məktəb binası bilik günündə istifadəyə veriləcək VİDEO

Tərtər, 3 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik binada son tamamlanma işləri görülür. Tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Artıq ümumi tikinti sahəsi 2374 kvadratmetr olan binada inşaat işləri yekunlaşıb. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

Məktəbin həyətində hasar çəkilib, nəzarət buraxılış məntəqəsi, şəhidlər abidəsi, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, işıqlandırma dirəkləri basdırılıb.

Hazırda həyətə tamet və asfalt örtük döşənir, abadlıq işləri aparılır.

Məktəb binasının bilik günündə istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.