REGİONLAR
Tərtərli taxılçılar bu günədək 7501 hektar sahədə biçin aparıblar
Tərtər, 5 iyul, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçininin mütəşəkkil və optimal müddətdə başa çatması üçün bütün qüvvələr səfərbər edilib.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 3417,8 hektar sahədə arpa, 4083,2 hektar sahədə buğda biçilib, 26 min 067,4 ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq arpa sahələrində 33,6 sentner, buğda sahələrində isə 35,7 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.
Qeyd edək ki, 2018-ci ilin məhsulu üçün Tərtərdə 11 min 556,3 hektar sahədə taxıl becərilib. Onun 7545,6 hektarı buğda, 4010,7 hektarı arpa zəmiləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]