DÜNYA


“Tesla” öz avtopilot sisteminin necə işlədiyini nümayiş etdirib VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

“Tesla” kompaniyası şəhərkənarı yolda öz elektromobilinin avtopilot rejimində hərəkətinin videoçəkilişini nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, videoda hərəkət zamanı sürücü kürsüsündə əyləşən insanın sükana toxunmadığı görünür. Avtomobil müstəqil şəkildə işıqforun qırmızı işığında dayanır, estakadaya daxil olur və digər hərəkət iştirakçılarını ötüb keçir. Elektromobil yolun bəzi hissələrində saatda 75 kilometrə qədər sürət yığır.

Xatırladaq ki, bir qədər əvvəl “Tesla” kompaniyasının qurucusu və rəhbəri İlon Mask 2020-ci ildə ABŞ-da pilotsuz taksi servisinin işə salınacağını bildirib. Onun sözlərinə görə, kompaniya bu məqsədlə ayrıca avtopark qurmağı planlaşdırır.

Elektromobil və onlar üçün texnologiyaların hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Tesla Motors” kompaniyası 2003-cü ildən fəaliyyətə başlayıb. Kompaniyanın mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. “Tesla Motors” elektromobillərdən əlavə, özünə məxsus texnologiya ilə günəş batareyaları və digər enerjitoplama sistemləri, həmçinin elektrik mühərrikləri istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.