ELM VƏ TƏHSİL


Texniki Universitetin professorunun məqaləsi Moskvada diploma layiq görülüb

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müəllimi, professor Bayram İbrahimovun məqaləsi “2021 Bort rabitəsi sahəsində siqnalların formalaşdırılması və emalı sistemləri” adlı beynəlxalq konfransda mükafata layiq görülüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Bayram İbrahimov ötən ay Moskva şəhərində onlayn formada keçirilən ikigünlük beynəlxalq elmi konfransın “Elektrik və optik rabitə və nəzarət sistemləri” bölməsində “Spektral texnologiyalar bazasında optik rabitə şəbəkələrinin buraxma qabiliyyətinin yüksəldilməsi üsullarının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Onun məqaləsi beynəlxalq konfransda “Ən yaxşı elmi məruzə” nominasiyası üzrə diploma layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.