İQTİSADİYYAT


Texniki şərtlərin işlənib hazırlanması ilə bağlı yeni standart qəbul edilib

Texniki şərtlərin işlənib hazırlanması ilə bağlı yeni standart qəbul edilib

Bakı, 25 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən türk standartı əsasında AZS 1.3:2023 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydaları” dövlət standartı qəbul edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, AZS 1.3:2023 mala, işə, xidmət və proseslərə (o cümlədən idarəetmə sisteminə) dair texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydalarını müəyyən edir. Yeni standart sahibkarlar tərəfindən tətbiq edilən mala, işə, xidmət və proseslərə (o cümlədən idarəetmə sisteminə) dair texniki şərtlərin müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə uyğun işlənib hazırlanmasına şərait yaradacaq.

Sözügedən standart layihəsi “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitədə (AZSTAND/TK 37) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək, standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni dövlət standartı qüvvəyə mindiyi tarixdən (15.05.2023) AZS 1.3:2014 “Azərbaycan Respublikasının dövlət standartlaşdırma sistemi. Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları” dövlət standartı qüvvədən düşmüş hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.