İDMAN


Teymur Rəcəbov “Chessable Masters” turnirinin ikinci dövrəsində mübarizə aparacaq

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Chessable Masters” turnirinin B qrupunda ikinci dövrənin oyunlarında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu gün növbəti beş turun nəticələrinə görə dörddəbir finala vəsiqə qazanacaq şahmatçıların adları müəyyənləşəcək. Ötən beş turun oyunlarında T.Rəcəbov 1,5 xal toplayıb.

Qeyd edək ki, yarışın A qrupunda dörd şahmatçı - norveçli dünya çempionu Maqnus Karlsen, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Aleksandr Qrişuk, amerikalı Hikaru Nakamura pley-off mərhələsinə vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.