İDMAN


Teymur Rəcəbov “Sparkassen Chess-Meeting” beynəlxalq turnirində mübarizəyə başlayır

Bakı, 13 iyul, AZƏRTAC 

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçiriləcək “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin ilk turu start götürür.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edəcək. Ondan başqa, yarışda Yan Nepomnyaşi (Rusiya), Lenyer Dominqes (ABŞ), Radoslav Voytaşek (Polşa), Riçard Rapport (Macarıstan), Liviu Dieter Nisipeanu, Daniel Fridman (hər ikisi Almaniya), Kaydo Kyulaots (Estoniya) mübarizə aparacaqlar. Teymur Rəcəbov ilk turda Radoslav Voytaşek ilə qüvvəsini sınayacaq.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.