İDMAN
“The Chemical Brothers” qrupu Formula 1 barədə klip çəkdirib VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Böyük Britaniyanın “The Chemical Brothers” musiqi kollektivi özünün “We’ve Got to Try” kompozisiyasına videoklip çəkdirib.
AZƏRTAC xəbər verir ki, “We’ve Got to Try” klipinin süjetinin mərkəzində olan “We’ve Got to Try” ləqəbli it Formula 1 bolidində idarə etməyi öyrənir. Daha sonra “We’ve Got to Try” kosmosa uçuşa göndərilir.
Videonu “The Chemical Brothers” qrupunun rəsmi “YouTube” kanalında izləmək mümkündür.
Formula 1 klipin anonsu qismində “We’ve Got to Try” remiksini yayıb. Bundan ötrü “The Chemical Brothers” qrupu mahnını 15 min bitədək tezləşdirib. Bu, Formula 1-in hazırkı turbomühərriklərinin dəqiqədə 15 min dövr etməsinə müvafiq olaraq həyata keçirilib. Formula 1-in mətbuat xidmətinin məlumatında qeyd edilir ki, alınan 3 saniyəlik mahnı “Formula 1-in irəli hərəkət edən yeni qlobal səs identikliyi, “We’ve Got to Try” mahnısının özü isə “Formula 1-in 2019-cu il mövsümünün səsi” olacaq.