CƏMİYYƏT


Tibb Universitetində müasir pediatrik xəstələrin problemləri müzakirə olunub

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Türkiyənin qabaqcıl səhiyyə qurumlarından hesab olunan “Acıbadem Sağlıq Qrupu” ilə ATU-nun I cərrahi xəstəliklər kafedrasının birgə təşkilatçılığı ilə seminar keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarı klinikanın direktoru, professor Surxay Hadıyev açaraq həkimlərin bilik səviyyəsinin artırılması istiqamətində tədbirin əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.

Seminarda Acıbadem Universitetinin Türkiyədə və Avropa miqyasında tanınmış tibb üzrə mütəxəssislər çıxış edib.

Tədbirdə professor Remzi Emiroğlunun “Pediatrik xəstələrdə cərrahi üsul və mühazirələr”, professor Hamdi Karakayalının “Portal damar trombozu” və professor Vildan Ertekinin “Pediatrik xəstələrdə qaraciyər nəqlləri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə uşaqlarda cərrahi müdaxilələr zamanı həkimlərin üzləşdiyi problemlər və çıxış yolları ilə əlaqədar məqamlardan ətraflı bəhs edilib. Universitetin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov rəhbərlik etdiyi kafedranın cərrahi problemlərlə əlaqədar ənənəvi konfranslar keçirdiyini bildirib.

Tədbirdə iştirak edən həkimlər seminarın faydalı keçdiyini və cərrahi müdaxilələr zamanı dünya praktikasında tətbiq edilən yeniliklərlə tanış olduqlarını söyləyiblər.

Mövzular ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.