CƏMİYYƏT
Ticarət mərkəzindən geyim əşyaları, evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər yaxalanıblar
Bakı, 12 fevral, AZƏRTAC
Ticarət mərkəzinin anbarlarından geyim əşyaları oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiklərinə görə tutulmuş Ə.Abbasovla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların yanvarın 5-dən fevralın 7-dək olan müddətdə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki dörd anbardan ümumilikdə 27 min manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyənləşdirilib.
Ötən il noyabrın 5-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 14 min 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova rayon polis idarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı təhqiqat davam edir.