İQTİSADİYYAT
“Ticarətə Hazır” layihəsinin ikinci mərhələsinin ilk təlimi olub
Bakı, 5 avqust, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC - International Trade Center) ilə birlikdə “Ticarətə Hazır” layihəsi çərçivəsində “e-Logistcs” mövzusunda ilk təlimi həyata keçirib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə ümumilikdə 100-dən artıq şəxs iştirak edib. Təlimin ilk günündə iştirakçılara logistika əməliyyatları, logistika infrastrukturu, COVID-19 dövründə logistikanın təşkili, həmçinin beynəlxalq logistikanın sinifləndirilməsinə dair ilkin məlumatlar təqdim olunub. Layihənin növbəti təlimləri avqustun 7, 11 və 14-də olacaq.
Qeyd edək ki, “ZOOM” tətbiqi vasitəsilə ingilis dilində keçirilən və Azərbaycan dilinə tərcümə olunan təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər “QR” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikatla təmin olunacaq.