İDMAN


“Tobol”: Emil Balayev Azərbaycan yığmasının heyətində inamlı oyun nümayiş etdirdi

Bakı, 11 sentyabr, AZƏRTAC

Qazaxıstanın “Tobol” klubunun saytında bu komandanın qapıçısı Emil Balayevin Azərbaycan yığmasının heyətində debütü barədə məlumat yerləşdirilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, yazıda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin dünya birinciliyinin gümüş medalçısı Xorvatiya yığması ilə oyunda əzmkar apardığı qeyd olunub. Matçda Emil Balayevin debütü xüsusi vurğulanıb.

Yazıda qeyd olunub: “Qolkiper inamlı oyun nümayiş etdirərək komandasını bir neçə dəfə qoldan xilas etdi. Ancaq Xorvatiya millisi istəyinə 11 metrlik cərimə zərbəsindən sonra nail oldu. Qapıçı 90 dəqiqə ərzində meydanda mübarizə apardı”.

Qeyd edək ki, sentyabrın 9-da “Bakcell Arena”da keçirilən Azərbaycan-Xorvatiya oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.