İDMAN


“Tokio-2020”: Dağ velosipedi üzrə qadınların kross yarışında hər üç medalı İsveçrə idmançıları qazanıblar

Bakı, 27 iyul, AZƏRTAC

“Tokio-2020” Yay Olimpiya Oyunlarında qadınlar arasında dağ velosipedi üzrə kross yarışlarında fəxri kürsünün hər üç pilləsinə İsveçrə idmançıları qalxıblar.

AZƏRTAC xəbər verir ki, yarışda velosipedçilər 20,5 kilometr məsafə qət ediblər. Otuz səkkiz idmançının mübarizə apardığı yarışda məsafəni hamıdan tez – 1 saat 15 dəqiqə 46 saniyəyə qət edən Yolanda Neff Olimpiya çempionu olub. Sina Fray yarışı ikinci, Linda İnderqand isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, Tokio Olimpiadası avqustun 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.