İDMAN


“Tokio-2020” Oyunlarının təşkilatçıları bir gündə yeddi yoluxma halının mümkünlüyünü araşdırırlar

Tokio, 13 iyun, AZƏRTAC.

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlara qatılacaq insanlar arasında bir gündə təqribən yeddi nəfərin COVID-19 virusuna yoluxması halının mümkünlüyünü araşdırırlar.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu göstərici koronavirusa qarşı mübarizə tədbirləri ilə əlaqədar mütəxəssislərin iştirakı ilə keçirilən görüş zamanı təqdim edilib.

Bildirilir ki, Oyunların təşkilat komitəsi və Tokio hökuməti tərəfindən təqdim edilən göstərici ötən ay keçirilən testlər zamanı koronavirusa müsbət reaksiya verən iştirakçıların sayına görə müəyyən edilib.

Hesablamaya əsasən, idmançılar və digər heyət də daxil olmaqla Oyunlara qatılacaq iştirakçıların sayı təqribən 77 min nəfər təşkil edəcək.

Təşkilat komitəsinin bildirdiyinə görə, ən pis halda bir idmançı və 10 digər iştirakçı xəstəxanaya yerləşdiriləcək, daha 57 nəfərdən isə özünütəcrid xahiş olunacaq.

Komitə, həmçinin bəyan edib ki, Oyunlar zamanı yerli əhaliyə problemlərin yaradılmamasına çalışan təşkilatçılar tibbi xidmətin təşkili üçün bu göstəriciləri əsas götürəcək.

Eyni zamanda, qeyd edilir ki, həmin rəqəmlər hesablanarkən iştirakçıların peyvəndlənməsi nəzərə alınmayıb və bu, həmin rəqəmin çox aşağı olacağını deməyə əsas verir.

Komitə tərəfindən yoluxmanın yayılmasının qarşısının alınması üçün peyvəndləməyə və insan kütləsinin hərəkətinin məhdudlaşmasına xüsusi diqqətin yetiriləcəyi də bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.