DÜNYA
Tokio Yaponiyaya məxsus balıqçı gəmilərinin cərimə olunmasına görə Moskvaya etirazını bildirib
Tokio, 17 yanvar, AZƏRTAC
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya FTB-nin sərhəd xidməti Cənubi Kuril adaları yaxınlığında müvafiq icazə sənədləri olmadan balıqçılıqla məşğul olan Yaponiyaya məxsus iki gəmini cərimələdiyinə görə Rusiyaya tərəfinə etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Yaponiya XİN-in etiraz məktubundan sitat gətirən agentlik yazır: “Rusiya tərəfinin hərəkəti qətiyyən qəbuledilməzdir”.
Agentlik qeyd edir ki, yanvarın 7-də Rusiya sərhədçiləri Kuril adaları yaxınlığında balıq ovlayan iki yapon gəmisini sənədləri yoxlamaq üçün saxlayıblar. Balıqçılara ov üçün lazım olan bütün sənədlərin olmadığını bildirən sərhədçilər onlardan yerində cərimə ödəməyi tələb ediblər. Cərimənin məbləği barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]