DÜNYA


Tokio metropoliteninin qatarlarında klassik musiqi səsləndiriləcək

Tokio, 31 yanvar, AZƏRTAC

Tokio metropoliteninin qatarlarında eksperiment olaraq klassik musiqi əsərlərinin səsləndirilməsinə başlanıb. Məqsəd sərnişinlərin səfərini daha rahat etməkdir.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, “Tokyo Metro” şirkəti həmin eksperimenti yanvarın 29-dan tətbiq etməyə başlayıb.

İdeya ötən ilin iyulunda qatarların xəttə buraxılması ərəfəsində səsləndirilən melodiya əvəzinə səhvən klassik musiqinin verilməsindən sonra meydana gəlib.

Bu barədə xəbər sosial şəbəkələrdə yayıldıqdan sonra sərnişinlərin əksəriyyəti öz şərhlərində bu gözlənilməz musiqi fonunun insanlarda xoş təəssürat yaradacağını bildirib.

Şirkət bu xidmətin təqdim edilmə vaxtını, musiqi janrını və səsin ucalığı məsələlərini araşdırdıqdan sonra ondan istifadə barədə rəsmi qərar qəbul edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.