DÜNYA


Tokioda koronavirusa yoluxanların sayı ötən ilin mayından bəri ən aşağı həddə düşüb

Tokio, 23 noyabr, AZƏRTAC

Tokioda koronavirusa yoluxanların gündəlik sayı ötən ilin mayından bəri ən aşağı həddə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla məlumat yayıb. Yaponiyada tam vaksin olunan sakinlərin sayı 76 faizi ötdüyünə görə, hazırda koronavirusa yoluxanların bütün ölkə üzrə gündəlik yoluxma sayı 50 nəfərdən az təşkil edir. Bu, cari ildə ən aşağı göstəricidir.

Yaponiyanın digər prefekturalarında da yoluxma sayının azaldığı bildirilir. Belə ki, Hokkaydo, Osaka və Aiçi kimi yüksək göstəricilərin qeydə alındığı prefekturalarda yoluxma sayının azaldığı qeyd edilir.

Paytaxt hökumətinin yaydığı məlumata görə, son həftə ərzində koronavirusa yoluxanların gündəlik orta sayı 17,1 nəfərədək olub. Bununla yanaşı, xəstəxanalara yerləşdirilənlərin də sayında azalma qeydə alınıb. Bir gün əvvəl ağır simptomlarla xəstəxanaya gətirilənlərin sayının 8-dək azaldığı bildirilir.

Əlavə olaraq qeyd edək ki, Yaponiya üzrə COVID-19-a yoluxanların ümumi sayı 382 min 95 nəfərdir. Oktyabrın ortalarından başlayaraq ölkə üzrə gündəlik yoluxma sayı 50 nəfərdən azdır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.