DÜNYA


Tokionun şimalında yerləşən İbaraki prefekturasında 5 bal gücündə zəlzələ olub

Tokio, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də yerli vaxtla saat 13:23 dəqiqədə Tokionun şimalında yerləşən İbaraki prefekturasında 5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasının Nambu şəhərinin yaxınlığında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.