İDMAN


Topaz Premyer Liqası: “Səbail” klubu “Sabah”ı minimal hesabla məğlub edib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Azərbaycan Premyer Liqasının XVII turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun üçüncü qarşılaşmasında "Səbail" doğma azarkeşlər önündə debütant "Sabah"ı qəbul edib. "Bayıl Arena"da keçirilən görüşdə “Səbail” minimal hesabla qalib gəlib - 1:0. Oyunda yeganə qolu 63-cü dəqiqədə Ağabala Ramazanov vurub. Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran meydan sahibləri üçüncü pillədəki mövqelərini möhkəmlədiblər. “Sabah” isə 20 xalla beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, tura saat 17:30-da başlayacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq. Hazırda aktivində 34 xal olan Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə “Neftçi” ilə xal fərqini birə endirəcək.

Xatırladaq ki, “Neftçi” fevralın 16-da “Zirə” ilə görüşdə (0:0) xal itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.