İDMAN


“Toro Rosso” yeni avtomobilini təqdim edib

Bakı, 12 fevral, AZƏRTAC

İtaliyanın Formula 1 komandası - “Toro Rosso” 2019-cu il mövsümündə istifadə edəcəyi yeni avtomobilini “STR14” indeksi ilə təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Honda” güc qurğusu ilə təchiz edilmiş bolid onlayn-rejimdə təqdim olunub. “Toro Rosso” aerodinamik boruda yerləşən yeni maşının qısa videoçarxını nümayiş etdirib.

2019-cu ildə “Toro Rosso”nu rusiyalı Daniil Kvyat və tailandlı Aleksander Albon təmsil edəcəklər. D.Kvyat 2018-ci il mövsümünü buraxdıqdan sonra yenidən Formula 1-ə qayıdır. A.Albon isə “Formula -2” monoseriyasında çıxışlardan sonra ilk dəfə dünya çempionatına qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.