REGİONLAR


Torpaqlarda şoranlaşmanın qarşısını almaq üçün 13 kilometr beton və torpaq kanal çəkilib

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Noyabr ayında muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatı diqqət mərkəzində saxlanılıb. Bu dövrdə su istifadəçilərinə 19 milyon kubmetrdən artıq suvarma suyu verilib, 15 min 979 hektar torpaq sahəsi suvarılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, torpaqlarda şoranlaşmanın qarşısını almaq üçün 13 kilometr beton və torpaq kanal, 24 kilometr ara arxlar lildən təmizlənib, 4 kilometr suvarma boru xətti çəkilib.

Kəngərli rayonunun Böyükdüz kəndinin 616 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Həmçinin ötən ay 53 subartezian quyusunda təmir işləri aparılıb, 5 kəhrizdə bərpa işləri davam etdirilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad və Şahbuz rayonlarında işlər davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.