ELM VƏ TƏHSİL


Torpaqşünaslıq və Aqrokimya İnstitutunun magistrantları onlayn tədrisə cəlb olunublar

Bakı, 11 aprel, AZƏRTAC 

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant formada tədris edilir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun professor-müəllim heyəti tərəfindən "Torpaqşünaslıq" və "Aqrokimya" ixtisasları üzrə müəssisədə təhsil alan 2 magistranta dörd fənn üzrə onlayn dərslər keçirilir. İnstitutun Təhsil şöbəsinin müdiri Fərrux Xəlilov bildirib ki, distant tədris ikinci semestr üzrə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq aparılır.

Mütəmadi olaraq, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə institutda dərslərin gedişatı ilə bağlı məlumat verilir. Distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.