İDMAN


“Tottenhem”in baş məşqçisi Virle-Pyemonte şəhərinin fəxri vətəndaşı adına layiq görüldü

Bakı, 13 fevral, AZƏRTAC 

“Tottenhem” futbol klubunun baş məşqçisi Maurisio Poçettino İtaliyada Virle-Pyemonte şəhərinin fəxri vətəndaşı adına layiq görüldü.

AZƏRTAC “Football Italia” saytına istinadla xəbər verir ki, Londonun futbol komandası Turində Çempionlar Liqasının 1/8 finalı çərçivəsində “Yuventus”la qarşılaşacaq. Turin Pyemont vilayətinin mərkəzidir, Virle-Pyemonte isə regionun inzibati mərkəzinin yaxınlığında yerləşir.

Argentinada doğulmuş Poçettinonun babaları əslən İtaliyadandır. Virle-Pyemonte məşqçinin ailəsinin tarixi vətənidir. “Məsafə önəmli deyil, mən özümü həmişə pyemonteli hesab etmişəm, axı məni belə öyrədiblər”, - deyə Poçettino təntənəli mərasimdə söyləyib.

Virle-Pyemonte şəhərində təxminən 1200 nəfər yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.