CƏMİYYƏT
Tovuz rayon sakinlərində narkotik maddə aşkarlanıb VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun üzərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxış keçirilən zaman ondan 0,283 qram çəkidə narkotik vasitə olan metamfetamin aşkarlanaraq götürülüb. E.Ələkbərov ifadəsində narkotik vasitəni tanışı Musa adlı şəxsdən aldığını bildirib. Aparılan araşdırmalarla həmin şəxsin Musa Nağıyev olması müəyyənləşdirilərək saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin ötən ilin iyulundan bu günədək Tovuz və Şəmkir rayonlarında ümumilikdə altı oğurluq hadisəsi törətmələri də məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.