CƏMİYYƏT


Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 3 may, AZƏRTAC

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yolu keçən kənd sakini Nazim Hacıyevi rayon sakini F.Alıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Tovuz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.