REGİONLAR


Tovuz rayonunun Ağdam kəndində son biçin işləri aparılıb - FOTO VİDEO

Bakı, 28 iyul, AZƏRTAC

Bu günlərdə düşmən atəşinə məruz qalan Tovuz rayonunun Ağdam kəndində son biçin işləri aparılıb. Düşmən Tovuzun Ağdam və digər kəndlərində təxribata əl atsa da, kənd sakinləri öz təsərrüfatında daha inamla çalışırlar.

AZƏRTAC xəbər verir ki, ötən ildə olduğu kimi, biçin qiymətləri dəyişməz qalıb, yəni bir hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.

Bu il Ağdam kəndində 38, ümumilikdə Tovuzda 17 min 281 hektar sahədə taxıl əkilib. Ağdam kəndində biçin işlərinə üç kombayn, rayon üzrə 52 kombayn cəlb edilib. Biçin işləri aparılan sahələrdən biri də Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifovun sahəsi olub. “Aqrolizinq” ASC tərəfindən Milli Qəhrəmanın atasının sahəsi tam ödənişsiz həyata keçirilib.

Hazırda rayonda biçin işlərinin 91 faizi yekunlaşıb. Dağlıq sahələrdə biçin yeni innovativ dağ kombaynları vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bu il ölkə ərazisində 973749,35 hektar sahədə taxıl əkilib. Bunun da 613460,35 hektarı buğda, 360289,00 hektarı isə arpa sahələridir. Biçin işlərinə ölkə üzrə ümumilikdə 1700-dən çox taxılbiçən kombayn cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.