CƏMİYYƏT


Tovuz rayonunun əhalisinə pulsuz hüquqi yardım göstərilib

Bakı, 9 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq avqustun 9-da Kollegiyanın təşəbbüsü ilə Tovuz rayonunun əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və partnyorları” bürosunun vəkili, professor Mais Əliyev tərəfindən Tovuz Rayon Gənclər evində bir qrup gəncə sosial hüquqların müdafiəsi mövzusunda təlim keçilib. Həmçinin 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri dinlənilib, müvafiq məsləhətlər verilib. Həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.