REGİONLAR


Tovuzda dənli bitki toxumlarının emalı zavodu qurulur

Tovuz, 19 fevral, Rauf Hacıyev, AZƏRTAC

Tovuzda fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi üçün rayonda dənli bitki toxumlarının emalı zavodu qurulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçən il rayonda 341 min 968 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 65 min 798 ton dənli bitkilər istehsal edilib.

Dənli bitkilərin məhsuldarlığı əvvəlki illə müqayisədə 1 faiz ataraq 32,1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 32,4 sentner olub. Bu, respublikanın orta göstəricisindən yüksək olmasına baxmayaraq, rayon üzrə həyata keçirilmiş tədbirlər hesabına yaxın gələcəkdə taxılçılığın inkişafında daha çox məhsuldarlıq gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.