REGİONLAR
Tovuzda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Tovuz, 9 mart, Famil Quliyev, AZƏRTAC
Aprelin 11-nə təyin olunan prezident seçkilərində iştirak edəcək tovuzlu gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayondakı Gənclər Evində keçirilən görüşdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Ağsaqqallar Şurasının sədri Bəhram Pənahov və Olimpiya İdman Kompleksinin direktoru Mübariz Məmmədov qarşıdan gələn prezident seçkilərinin ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıdığını bildiriblər.
Çıxışlarda həyata keçirilən dövlət-gənclər siyasətindən danışılıb, gənclərin rayonun ictimai-siyasi həyatındakı fəal rolu diqqətə çatdırılıb, ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən işlərdən söz açılıb.
Dairə seçki komissiyasının üzvü Püstə Pənahova iştirakçılara Seçki Məcəlləsi barədə ətraflı məlumat verib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.