REGİONLAR


Tovuzlu fermer: Yetişdirdiyimiz üzümü sahədə 80 qəpik – 1 manata satırıq

Tovuz, 26 sentyabr, Famil Quliyev, AZƏRTAC

Tovuz rayonunda 700 hektar üzüm bağı var ki, bunun da 548 hektarı bar verən sahələrdir. Hazırda plantasiyalarda üzüm yığımı davam edir. Sahibkarlar hələlik bağlardan 975 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 ton çoxdur.

Rayonun Aşağı Quşçu kənd sakini, fermer Valeh Tağıyev AZƏRTAC-a bildirib ki, bu il ötən illə müqayisədə məhsuldarlıq yaxşıdır. Satış qiyməti də qane edir. Yığılan məhsul elə sahələrdəcə 80 qəpik - 1 manata satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.