DÜNYA


Tramp Hizer Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin etmək istəyir

Vaşinqton, 7 dekabr, AZƏRTAC 

Amerikan KİV-lərində yayılan xəbərlərə görə, Prezident Tramp Dövlət Departamentinin mətbuat katibi Hizer Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin etmək istəyir.

AZƏRTAC xəbər verir ki, Nauert bu vəzifədə cari il oktyabrın 9-da istefasını elan etmiş Nikki Heylini əvəz edəcək. Heyli il yarım ərzində həmin postu tutub. Prezident Trampın bu yeni təyinatı dekabrın 7-də elan edəcəyi gözlənilir.

Hizer Nauertlə yanaşı, oktyabr ayından etibarən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna Birləşmiş Ştatların Kanadadakı səfiri Kelli Kraftın və Fransadakı səfiri Ceymi MakKortun da namizədlikləri nəzərdən keçirilirdi.

Nauert 2017-ci ilin aprelindən Dövlət Departamentinin mətbuat katibi vəzifəsini tutur. Bunadək o, “ABC News” və “Fox News” televiziya kanallarında işləyib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.