DÜNYA
Tripoli ətrafında gedən döyüşlərdə 254 nəfər həlak olub
Bakı, 22 aprel, AZƏRTAC
Liviyanın paytaxtı Tripoli ətrafında gedən ağır döyüşlərdə həlak olanların sayı 254 nəfərə çatıb. Onların arasında xeyli sayda qadınlar və uşaqlar da var.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı sosial şəbəkələrdə məlumat yayıb. Məlumatda 1228 nəfərin yaralandığı bildirilir. Onlardan 89-nun vəziyyəti ağırdır. Qeyd olunur ki, 18 mindən çox insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Haftar Tripoliyə hücum əməliyyatının başladığını elan edib. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saracın əmri ilə ona tabe olan bütün hərbi birləşmələr tam döyüş hazırlığı səviyyəsinə gətirilib. Hazırda paytaxtın yaxınlığında qızğın döyüşlər gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]