DÜNYA


Tufanın zərər vurduğu “Şinkansen” qatarları ləğv ediləcək

Tokio, 7 noyabr, AZƏRTAC

Ötən ay baş vermiş “Hagibis” tufanı nəticəsində Yaponiyanın mərkəzində yerləşən Naqano şəhərində su altında qalmış “Şinkansen” ekspress qatarları ləğv ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yaponiya Şərqi Dəmir Yolları” şirkətinin prezidenti Yugi Fukasava məlumat verib.

Jurnalistlərlə görüşən Y.Fukasava bildirib ki, qatarlarda döşəmənin altında yerləşən mühərrik və əyləc sistemləri tufan zamanı suyun içərisində qalıb. Təbii fəlakət nəticəsində sıradan çıxmış hissələri tam təmir etmək mümkün deyil. Qatarların ümumi balans dəyəri 135 milyon dollara bərabərdir.

Şirkətin gələn ilin martınadək xəttin bərpa edilməsinə çalışacağı bildirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.