CƏMİYYƏT


Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək

Bakı, 10 avqust, AZƏRTAC 

Tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə edilməsi və bu sahəyə özəl sektorun cəlb olunması üçün avqustun 14-ü saat 12:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videoformatda görüş keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd bu istiqamətdə ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, sudan təkrar istifadə istiqamətində praktiki işləri sürətləndirmək və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmləri hazırlamaqdır.

Görüşdə iştirak etmək istəyən sahibkarlar və ya onların nümayəndələrindən adı, soyadı, təmsil etdiyi təşkilatın adı, qeydiyyat ünvanı barədə məlumatları [email protected]  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Görüşün linki iştirakçıların poçt ünvanlarına göndəriləcək.

İştirakçılar daha ətraflı məlumat almaq üçün görüş üzrə əlaqələndirici şəxs - Faiq Mütəllimovla (+994 55 505 82 42) əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.