SİYASƏT


Tural Gəncəliyev: Dağlıq Qarabağda koronavirusa yoluxma halları gizlədilir

Bakı, 25 mart, AZƏRTAC 

Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi mənə müraciət edərək (təhlükəsizlik baxımından onların adlarını açıqlaya bilmirəm) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib.

O deyib: “Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.