İDMAN


“Turan Tovuz” klubu “Tottenhem”in yetirməsi ilə birillik müqavilə imzalayıb

Bakı, 2 avqust, AZƏRTAC

“Turan Tovuz” klubu heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, klub hücumçu Natan Oduvanın keçidini tamamlayıb. İyirmi altı yaşlı forvard ilə birillik müqavilə bağlanıb.

Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.