MƏDƏNİYYƏT


Turistlərin hüquqlarının müdafiəsi və maarifləndirmə komitəsi yaradılıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycan Turizm Assosiasıyasının (AZTA) idarə heyətinin ümumi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, AZTA rəhbəri Əhməd Qurbanovun sədrliyi ilə keçirilən iclasda koronavirus pandemiyasının Azərbaycan və dünya turizm sənayesinə təsirləri müzakirə olunub. İclasda həmçinin postpandemiya dövründə Azərbaycanda turizmin yenidən dirçəldilməsi üçün təklif olunan tədbirlər və onların həyata keçirilməsi yolları müzakirə olunub.

Sonda İdarə Heyətinin yekdil qərarı ilə Azərbaycan Turizm Assosiasiyasının nəzdində Turistlərin hüquqlarının müdafiəsi və maarifləndirmə komitəsinin yaradılması haqqında qərar qəbul olunub. Komitənin fəaliyyət məqsədi, turizm sahəsində olan problemlərin həll yollarının tapılması və turizm münasibətlərinin tənzimlənməsidir.

"Luna Travel" şirkətinin rəhbəri, hüquqşünas Rəhman Quliyev komitənin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.