MƏDƏNİYYƏT
Turizm haqqında yeni qanun layihəsi hazırlanmışdır
Bakı, 15 avqust (AZƏRTAC). Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan məsələlərdən biri də bu ilin sonunadək “Turizm haqqında” qanunun yeni layihəsinin Milli Məclisə təqdim edilməsidir.
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsi müdirinin müavini - daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov AZƏRTAC-a bildirmişdir ki, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılmış və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilmişdir.
M.Qəhrəmanovun sözlərinə görə, “Turizm haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaqdır. Günün tələblərinə cavab verəcək yeni qanunda beynəlxalq normalar, bu çərçivədə Mədəniyyət və Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya üçün lazım olan fəaliyyətin tənzimlənməsi və s. mühüm məsələlər əksini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]