ELM VƏ TƏHSİL


Turizm sənayesinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm sənayesinin inkişaf etdirilməsi” mövzusunda tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Barxudarov, bu məktəbin direktor müavini, professor Elşad Məmmədov, dosent Şəhla Hüseynova, dosent Natiq Qurbanov və başqaları iştirak ediblər.

Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva diqqətə çatdırıb ki, qeyri-neft sektorunun başlıca istiqamətlərindən sayılan turizm sənayesinin inkişafına alim-mütəxəssis səviyyəsində elmi münasibət bildirilməsi məhz dövlət statuslu bu iki universitetin birgə əməkdaşlığına vəsilə ola bilər. O, qarşıdakı illərdə ATMU və UNEC-in Rus İqtisad Məktəbinin müvafiq istiqamətdə fəaliyyətin səmərə verəcəyinə əminliyini bildirib.

M.Barxudarov rəhbərlik etdiyi məktəbin fəaliyyəti, hədəfləri barədə ətraflı məlumat verib.

ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov turizm və iqtisadiyyat sahəsində nəzərdə tutulan layihələrin birgə işlənib hazırlanması təklifini irəli sürüb.

Universitetin marketinq kafedrasının müdiri Elmira Qocayeva isə tədrisin təşkili prosesində müştərək müstəvidə distant təhsil metodunun əhəmiyyətini vurğulayıb. O, təklif olunan yenilikdən müəyyən saatlarda hər iki universitetin müvafiq ixtisas tələbələrinin bəhrələnəcəyini bildirib.

ATMU-nun biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, marketinq kafedrasının müəllimi Günel Teymurova müştərək layihələrin əhəmiyyəti, biznes idarəçiliyi fakültəsinin dekan müavini İlahə Əliyeva isə ölkə əhəmiyyətli tədbirlərdə tələbələrin fəal iştirakları barədə fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.