ELM VƏ TƏHSİL


Turizm və Menecment Universiteti təhsil sahəsində beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Macarıstan Respublikasının ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və digər məsələlər barədə məlumat verib. Görüşdə iki ölkənin turizm potensialı və turizm təhsili üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olunub.

Sonra səfirliyin nümayəndələri ATMU–nun turizm ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüblər. İştirakçılara Macarıstanın turizm potensialı və ölkənin təhsil təqaüdləri haqqında məlumat verilib.

Xatırladaq ki, səfirin ali təhsil ocağına ilk gəlişi zamanı razılaşdırılan təklif və gözləntilərə cavab olaraq Macarıstanın Debreçen Universiteti ilə ATMU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Görüşün də məqsədi məhz təhsil sahəsində mümkün əlaqələrin genişləndirilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.